Kəmaləddin Heydərovun qohumu baş direktor vəzifəsindən istefa verib
Tarix: 04-12-2017 13:58 | Bölmə: Cəmiyyət
Kəmaləddin Heydərovun qohumu baş direktor vəzifəsindən istefa verib

Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən istefa verib.

Reyting.az saytı unikal.org-a istinadla xəbər verir ki, F.Şahbazov istefa ərizəsini vergilər naziri Fazil Məmmədova təqdim edib. Nazir baş direktorun ərizəsini qəbul edərək, onu vəzifəsindən kənarlaşdırıb.

Məlumatda bildirilir ki, F.Şahbazovun istefa verdiyi vəzifənin icrası kiçik vergi xidməti müşaviri Elməddin Nizaməddin oğlu Süleymanova tapşırılıb.

Xatılaladaq ki, Faiq Şahbazov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşıdır.

Kəmaləddin Heydərovun qohumu baş direktor vəzifəsindən istefa verib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}