16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İş adamı Telman İsmayılov ağır cinayətlərdə ittiham olunur – Axtarış başlayıb
Tarix: 05-12-2017 10:13 | Bölmə: Cəmiyyət
İş adamı Telman İsmayılov ağır cinayətlərdə ittiham olunur

Rusiya İstintaq Komitəsi azərbaycanlı iş adamı Telman İsmayılova qətl hadisəsi ilə bağlı cinayət işi açıb.

Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, İstintaq Komitəsi qətl hadisəsi ilə bağlı açılan cinayət işi üzrə biznesmenin təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması ilə bağlı qərar qəbul edib.

İstintaq Komitəsi əmindir ki, T.İsmayılov ötən il baş verən iki iş adamı - Vladimir Savkin və Yuri Brılevin qətlin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla birgə həyata keçirib. Cinayəti həyata keçirən isə Mehman Kərimov olub. Bundan başqa, İsmayılov qanunsuz silah dövriyyəsində də ittiham olunur.

Hazırda Telman İsmayılov interpolun xətti ilə beynəlxalq axtarışa verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}