Fatma Abdullazadə sabiq nazirin bir milyon dollarını mənimsəyib?
Tarix: 10-12-2017 11:53 | Bölmə: Cəmiyyət
Fatma Abdullazadə sabiq nazirin bir milyon dollarını mənimsəyib?

Zaman-zaman məmurların bir-birinə borclu olması məsələsi gündəmə gəlib və mediada belə hallarla bağlı yazılar dərc olunub.

Modern.az xəbər verir ki, bir-birinə borclular arasında Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadə ilə sabiq vergilər naziri Fazil Məmmədov da var.

Reyting.az-ın xəbərinə görə, sayt iddia edir ki, Fatma Abdullazadə Prezident Administrasiyasında işlədiyi vaxtlarda Fazil Məmmədovdan bir milyon dollar borc alıb və bu günə qədər həmin borcu qaytarmır. Hətta Fatma Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra Fazil Məmmədov nazir olduğu vaxtlarda borcunu geri almağa cəhd etsə də, keçmiş şöbə müdiri “imkanım yoxdur”,- deyərək borcunu qaytarmaqdan imtina edib. Belə görünür ki, vəzifədən uzaqlaşdırılan F. Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə önünə alıb və məhkəməyə də müraciət etməyib.

Adları borc məsələsində hallanan tərəflərlə əlaqə saxlayıb məsələni dəqiqləşdirmək mümkün olmayıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}