Dillər Universitetində rektor dəyişikliyi olacaq - Bir günlük
Tarix: 11-12-2017 15:42 | Bölmə: Cəmiyyət
Dillər Universitetində rektor dəyişikliyi olacaq

Dekabrın 13-də Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək.

Universitetin mətbuat katibi Ağa Cəfərli deyib ki, “Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edəcəklər.

“Bir günlük xəlifə” layihəsi saat 09:00-dan 18:00-a kimi ADU-nun hər üç tədris binasında təşkil olunacaq.

Qeyd edək ki, “Bir günlük xəlifə” layihəsi Azərbaycan Dillər Universitetində ilk dəfədir keçirilir. 32 vəzifəyə seçilən namizədlər bir gün ərzində öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaqlar.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}