AMEA-nın iki institutuna direktor seçilib
Tarix: 13-12-2017 14:45 | Bölmə: Cəmiyyət
AMEA-nın iki institutuna direktor seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının iki institutuna direktor seçilib.

Məlumata görə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) bu gün keçirilən ümumi yığıncağında gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib.

Akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçiliblər. Seçki nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}