17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Universitetin 5 kafedrasına yeni müdir seçilib - Siyahı
Tarix: 15-12-2017 15:59 | Bölmə: Cəmiyyət
Universitetin 5 kafedrasına yeni müdir seçilib

Azərbaycan Tibb Universitetinin (ATU) 5 kafedrasında müdir vəzifəsinə seçkilər keçirilib.

Professor Vəfa Pənahian qulaq, burun və boğaz xəstəlikləri, dosent Ramiz Poluxov uşaq cərrahlığı, dosent Məlahət Sultanova şüa diaqnostikası və terapiyası, professor Səfixan Həsənov I uşaq xəstəlikləri, professor Fərid Mahmudov isə dermotevenorologiya kafedrasının müdiri seçiliblər.

Yeni seçilən kafedra müdirlərini qəbul edən ATU-nun rektoru Gəray Gəraybəli onlara mövcud problemləri həll etmək üçün tövsiyələrini verib və gələcək işlərində uğurlar diləyib.

Yeni kafedra müdirləri üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildirərək onlara göstərilən etimadı doğruldacaqlarını, müasir tələblərə cavab verən gənc mütəxəssislərin hazırlanması üçün əllərindən gələni edəcəklərini söyləyiblər.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}