14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qız övladı olan valideynlərə şad xəbər - Nazir
Tarix: 16-12-2017 12:01 | Bölmə: Cəmiyyət
Qız övladı olan valideynlərə şad xəbər

İkinci qızı olan valideynlərə mükafat veriləcək.

Məlumata görə, yeni doğulan uşaqların nisbətində oğlanların sayının qızları üstələməsi dövləti belə bir addım atmağa sövq edir.

Artıq mükafatın məbləği və verilmə qaydaları ilə bağlı müəyyən təfərrüatların da məlum olduğu bildirilir.

Reyting.az saytı xezerxeber.com-a istinadla xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək. Sistemə əsasən, dövlət 2-ci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək.

Yeni mükafatlandırma sistemi 2015-2020-ci illər üçün nəzərdə tutulmuş "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na daxil ediləcək.

Bildirlir ki, ikinci qız dünyaya gəldikdə onun da adına bank hesabı açılır.

Təklifdə qız ailələrinə mükafatın ya birdəfəlik, ya da mərhələlərlə - 18 yaşına kimi verilməsi nəzərdə tutulur.

Nazir qeyd edib ki, yeni təkliflərdən biri də abortların ləğvidir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}