Əli Həsənovun nəvəsinə 6 il cəza verildi - Hökm
Tarix: 18-12-2017 11:26 | Bölmə: Cəmiyyət
Əli Həsənovun nəvəsinə 6 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.

Reyting.az saytı "Qafqazinfo”ya istinadla xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb.

İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.

Əli Həsənovun nəvəsinə 6 il cəza verildi

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}