16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yeni nazirə müavin təyin olunub - Sərəncam
Tarix: 25-12-2017 12:33 | Bölmə: Cəmiyyət
Yeni nazirə müavin təyin olunub

Azərbaycanın Energetika Nazirliyində yeni təyinat olub.

Vəliyev Samir Teymur oğlu energetika nazirinin müavini vəzifəsinə təyin edilib.

S.Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Xatıradaq ki, S.Vəliyev 1962-ci ildə Bakıda anadan olub.

1984-cü ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində, 1997-1999-cu illərdə Ticarət Nazirliyində, 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib.

2001-ci ildən energetika nazirinin müavini vəzifəsinə təyin edilənə qədər İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.(Report)

Yeni nazirə müavin təyin olunub
Samir Vəliyev




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}