16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Fazil Məmmədovun yüksək vəzifədə çalışan yeznəsi işdən çıxarılıb
Tarix: 26-12-2017 09:05 | Bölmə: Cəmiyyət
Fazil Məmmədovun yüksək vəzifədə çalışan yeznəsi işdən çıxarılıb

Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi. (Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}