Komitənin sabiq aparat rəhbərinə cinayət işi açıldı – Baş Prokurorluq
Tarix: 30-03-2016 17:33 | Bölmə: Cəmiyyət / Xəbərlər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun vətəndaşı işə düzəltmək adı ilə onun külli miqdarda pulunu alaraq aldatması ilə əlaqədar Baş Prokurorluq açıqlama yayıb.

Açıqlamada bildirilir ki, məsələ ilə bağlı Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı qeyd olunan Komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq, onun 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsi müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}