Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçiləri mayorun evinə basqın ediblər; Ev dağıdılıb, sahibi döyülüb
Tarix: 05-01-2018 16:57 | Bölmə: Cəmiyyət
Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçiləri mayorun evinə basqın ediblər; Ev dağıdılıb, sahibi döyülüb

Sumqayıtda qlamaqallı hadisə baş verib.

Sumqayıtın Bağlar massivi ərazisində yaşayan sakinlərdən biri mia.az-a deyib ki, təxminən bir saat əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri olduğunu deyən 20-dək idmançı görkəmli şəxs ərazidə ev tikib tamamlayan bir hərbçinin evinə basqın ediblər. Hadisə zamanı həmin hərbi formada olan mayor rütbəli orta yaşlı hərbçinin evini sökmək istəsələr də, o, "kupça" göstərərk, qanunsuz iş görmədiyini və söküntünün dayandırılmasını tələb eləyib:

“Bu zaman onlar arasında mübahisə yarandı və İcra Hakimiyyətinin adı ilə gələnlərin hərəsi bir yandan tökülüşüb, artıq damı bağlanan evi sökməyə başladılar. Mayor isə israrla qanunsuz iş görmədiyini deyərək, söküntünün qabağına keçmək istəyirdi. Lakin hücum edənlər nə evin qanuni sənədlərinə, nə də həmin evin sahibinin hərbçi olmasına məhəl qoymadan qanunsuz əməllərini davam etdirdilər. Qəfildən isə onlardan 5-6 nəfəri söküntüyə mane olmaq istəyən hərbçiyə hücum çəkib, onu vəhşicəsinə döydülər”.

Sakinlər bildiriblər ki, Azərbaycan hərbçisi icra məmurlarının zərbələrindən ağır bədən xəsarətləri alıb: “Onun sifət nahiyəsində zərbə izləri açıq görünürdü. Bəlkə də sizə inandırıcı omayacaq, ancaq həqiqətən onu amansızcasına vurdular. Sanki Vətən torpağını bu hərbçilər deyil, söküb-dağıdan məmurlar qoruyurdu. Dəhşətli bir mənzərə idi".

Hadisə şahidinin sözlərinə görə, hazırda hərbçinin kupçalı evini sökürlər: "Görünür, o, ya tələb olunan rüşvəti verməyib, ya da Sumqayıtda qayda-qanun, sənəd sayan yoxdur. Əks halda günorta çağı Azərbaycan ordusunun mayorunun evini nə sökər, nə də özünə ağır xəsarətlər yetirilərdi...".

Məsələ ilə nə hərbçi ilə, nə də İH-nin memarı ilə danışmaq mümkün olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}