Bayıl sakinləri yolu bağlamaq istəyir: “Ərazini daha ucuz qiymətə almaq üçün sürüşmə oyununu ortaya atıblar”
Tarix: 25-01-2018 14:12 | Bölmə: Cəmiyyət
Bayıl sakinləri yolu bağlamaq istəyir: “Ərazini daha ucuz qiymətə almaq üçün sürüşmə oyununu ortaya atıblar”

Bayıl yamacında bir qrup sakin etiraz əlaməti olaraq yolu bağlamağa cəhd edib.

Bu barədə həmin ərazidə yaşayan jurnalist Elməddin Muradlı məlumat verib. E. Muradlı bildirib ki, insanlar narahatdır, işıq-qaz kəsilib, heç kimi evlərə buraxmırlar.

"Konkret bir söz deyən də yoxdur. Eləcə, gedin məktəbdə gözləyin, qohum evində qalın,- deyib, yola verirlər. Konkret deyilmir ki, sürüşmə var, köcürülür və ya təhlükə yoxdur, gəlin, evinizdə qalın. Camaat da buna etiraz edir ki, evsiz-eşiksiz küçələrdə nə vaxta qədər gəzəcəklər?

İndi də şaiyə yayıblar ki, köcürülmə daha geniş ərazini əhatə edəcək, o əraziləri isə tikinti şirkətləri ala-ala gedir. Deyəsən, camaat qiymətlə razılaşmadığı üçün ərazini daha ucuz qiymətə almaq məqsədilə sürüşmə oyununu ortaya atıblar.

Dünən dedilər ki, sürüşmə nöqtəsinə aparat qoyulub, bu gün nəticəsi bilinəcək. Bu gün isə heç kimə heç nə deyilmir və bu da camaatı narahat edir. Ona görə etiraz əlaməti olaraq yolu bağlamağa calışırlar".(Mia.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}