Bakının bəzi ərazilərində təhlükəli vəziyyət yaranıb
Tarix: 30-01-2018 10:43 | Bölmə: Cəmiyyət
Bakının bəzi ərazilərində təhlükəli vəziyyət yaranıb

Paytaxtın Sabunçu rayonunun "Şuşa şəhərciyi", "Savalan", "Daş karxanası" yaşayış massivlərində, həmçinin Maştağa qəsəbəsinin bir neçə yerində atmosfer yağıntılarının təsirindən qurunt sularının səviyyəsinin qalxması və su basması müşahidə olunur.

Reyting.az-ın xəbərinə görə, bu sözləri Qaynarinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O, həmin ərazilərdə mərkəzləşmiş drenaj şəbəkəsinin olmaması və mövsümü yağışlar səbəbindən belə problemlərin yarandığını bildirib.

R. Həsənov həmçinin əlavə edib ki, Bakının digər yerlərində də sürüşmə aktivləşib:

"Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeronun Nübar qəsəbəsində (El arasında "At yalı" adlanan yaşayış sahəsi) sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir. Zığda 2 il öncə sürüşmə zonasında olan evlər siyahıya alınıb. Orada da proses daimidir. Hətəm Allahverdiyev, Xanlar, İdris Süleymanov küçələri boyunca prosesin dinamikasında aktivlik var. O ki qaldı həmin ərazilərdən əhalinin köçürülməsinə, bu, bizim səlahiyyətimiz daxilində deyil, biz, sadəcə, ərazidə baş verən geoloji prosesləri öyrənirik".

Bayıldakı son vəziyyət barədə də məlumat verən qurum rəsmisi tədqiqat işlərinin davam etdirildiyini qeyd edib:

"Bayılda son günlər prosesin aktivləşməsi istiqamətində elə də ciddi bir dəyişiklik yoxdur. Bizim tərəfimizdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyəti dövlət qurumları tərəfindən ərazidə tədqiqat işləri aparılır. Hazırda biz yamacın yuxarısında qazıntı işləri görürük. Buruq qazıntı işlərindən sonra müəyyən rəy hazırlanacaq və müvafiq qurumlara təqdim olunacaq. Ondan sonra aidiyyəti qurumlar bununla bağlı tədbirlər görəcək".




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}