16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Azərbaycanlı milyarder Fərhad Əhmədov: “ABŞ Rusiya elitasında qorxu hissi yaratmaq istəyir”
Tarix: 31-01-2018 11:01 | Bölmə: Cəmiyyət
Azərbaycanlı milyarder Fərhad Əhmədov: “ABŞ Rusiya elitasında qorxu hissi yaratmaq istəyir”

Vaşinqton Rusiya elitası arasında nifaq yaratmaq istəyir.

Bunu RBK-ya açıqlamasında əslən azərbaycanlı olan rusiyalı milyarder Fərhad Əhmədov deyib.

F. Əhmədovun sözlərinə görə, Rusiya elitasında qorxu, qeyri-müəyyənlik və hakimiyyətdən narazılıq hissi yaratmaq istəyirlər. “Niyə Rusiyanın böyük biznesinin hamısı ABŞ-ın düşməni elan edilir? Kim bunu məsləhət görüb? Bu bir müddət əvvəl totalitar olan ölkəni iqtisadi azadlıqlara təşviq etməkdir? Absurddur!”,- deyən həmyerlimiz bildirib ki, rus biznesinin artıq öz səsi olmalıdır:

“Rusiya oliqarxlarının siyahısına “Forbes”in sərvətimi 1 milyard dollar hesab etdiyinə görə düşmüşəm. Bu, sadəcə olaraq, şərtidir. Bu siyahıda yalnız dediyim kriteriyaya görə yer almışam. Kimin sərvəti 1 milyarddan az olub, onu dərhal Kreml əleyhdarı kimi tanıyıblar”.

Qeyd edək ki, dünən ABŞ-ın yayımladığı “Kreml hesabatı”na azərbaycanlı 5 milyarderin adı düşüb. Bunlar Fərhad Əhmədov, Araz Ağalarov, Qod Nisanov, Vahid Ələkbərov və Zarax İliyevdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}