07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Təhsil naziri ermənilərin yaraladığı məktəbliyə baş çəkdi - Fotolar
Tarix: 04-04-2016 15:00 | Bölmə: Cəmiyyət


Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələrinin Ermənistan tərəfindən intensiv atəşə tutulması dinc əhalinin də böyük zərər çəkməsinə səbəb olur.

Reyting.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicəsini davam etdirir.

Nazirlik bildirir ki, intensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunundam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb.

Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.

Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirir.

Nazirliyin məlumatında o da qeyd olunur ki,Təhsil naziri Mikayıl Cabbarov ermənilər tərəfindən açılmış atəş nəticəsində yaralanan məktəbliyə baş çəkib. Belə ki, nazir Bərdə Müalicə-Diaqnostika Mərkəzində Tərtər rayonu, Seydimli kənd sakini, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Samid oğlunun səhhəti ilə maraqlanıb. Nazir məktəbliyə çoxlu kitab, dərslik göndərəcəyinə söz verib.






Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}