Şair-dramaturq məhkəmə hakimindən nazirə şikayət edib » Reyting.az
Şair-dramaturq məhkəmə hakimindən nazirə şikayət edib - Müraciət
Tarix: 17-02-2018 09:24 | Bölmə: Cəmiyyət
Şair-dramaturq məhkəmə hakimindən nazirə şikayət edib

Prezident təqaüdçüsü, "Şərəf" ordenli şair-dramaturq Ramiq Muxtar Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb.

Ramiq Muxtarın Reyting.az saytı vasitəsi ilə etdiyi müraciətinə Azərbaycan Yazıçılar Birliyindəki mənzil qalmaqalı səbəbindən yaranmış məhkəmə çəkişməsidir.

Şair-dramaturq müraciətində yazır:

“Hörmətli nazir!

Mən, Sizə çoxlu sayda məktub və teleqramlar göndərmişəm. Lakin mənim Sizin qəbulunuza düşməyim müşkül işə çevrilib.

Mən Vətənimə və Prezidentimə ən sədaqətli adamam. Sizə bildirirəm ki, məni Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalov 1000 manat cərimələyib. Məni ona görə günahlandırıb ki, "Reytinq" qəzetində Yazıçılar Birliyinin mənzil komissyasının sədri, yazıçı olmayan Rauf Aslanovu saxtakar adlandırmışam.

Həmin qəzetdə yazımışam ki, yazıçı Anarla Səbail rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov 11 aprel 2002-ci ildə birgə təsdiq etdikləri mənzil növbəsi qanuni sənəddir. Lakin sonradan Çingiz Abdullayev tərəfindən məhkəməyə göndərilən mənzil siyahısı saxta sənəddir. Çünki həmin siyahını nə AYB sədri Anar, nə də Səbail rayon icra hakimiyyətinin o vaxtkı başçısı Sahib Ələkbərov təsdiq etməyiblər. Və o qədər tələm-tələsik yazılıb ki, heç məktubda ayı və günü də yazılmayıb. Buna baxmayaraq, hakim məni əsassız olaraq 1000 manat cərimələyib. Buna görə də, Nərimanov Rayon Məhkəməsinin icra məmuru məni məcbur edir ki, 1000 manat cəriməni ödəməlisən”.

Ramiq Muxtar Fikrət Məmmədova müraciətində yazır ki, əgər Ədliyyə Nazirliyində belə problemlərə nəzarət edən şöbə vardırsa, bu “teatr tamaşasını” araşdırsın, hansı sənədin saxta və yaxud qanuni olmasını üzə çıxarsın: “Çünki mənə çox ayıb olar ki, bu seçki ərəfəsində Avropa Məhkəməsinə müraciət edim.

Həm də Sizdən xahiş edirəm ki, əsassız olaraq məndən tələb olunan 1000 manat cərimə hakim Mirheydər Zeynalovun əmək haqqından tutulsun”.




Bölməyə aid digər xəbərlər