17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Telekanal rəhbəri ilə bağlı qərar verilib - Məhkəmə
Tarix: 20-02-2018 14:45 | Bölmə: Cəmiyyət
Telekanal rəhbəri ilə bağlı qərar verilib

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə olub.

Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Əziz Orucovun apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Ötən il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.(Axar.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}