Kür və Araz çaylarında çirklənmə normadan dəfələrlə artıqdır
Tarix: 21-02-2018 11:55 | Bölmə: Cəmiyyət
Kür və Araz çaylarında çirklənmə normadan dəfələrlə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayında növbəti monitorinq keçirib.

Reyting.az
saytı ETSN-ə istinadla xəbər verir ki, fevral ayının II ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının I ongünlüyünə nisbətən 32 m3/san artaraq 198 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fevral ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə və Bəhramtəpədə 2, I Şahsevəndə 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.44-7.02 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}