Şərurlu İsfəndiyar 650 min manatlıq avtomobili bəyənmir - Foto
Tarix: 25-02-2018 22:26 | Bölmə: Cəmiyyət
Şərurlu İsfəndiyar 650 min manatlıq avtomobili bəyənmir

Azərbaycanda "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov sosial şəbəkələrdə onun oğluna məxsus olduğu deyilən "10-AA-665" dövlət nömrə nişanlı "Mercedes–Benz S Class" avtomobili ilə bağlı açıqlama verib.

Reyting.az-ın xəbərinı görə, İ.Axundov ölkə.az-a açıqlamasında sözügedən avtomobilin ona və ya ailəsinə məxsus olmadığını bildirib:

"Bizdə ondan da bahalı avtomobillər var. O, nə avtomobildir ki? Yazılanlara fikir vermək lazım deyil. O, avtomobil bizə məxsus deyil. Əgər bizim olsaydı, onu gizlətməzdim".

Xatırladaq ki, ötən gün iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədə "Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli “Mercedes-Benz S Class”ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb. "Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. .. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır”, – iqtisadçı yazır.

Qaynarinfo-ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.

Şərurlu İsfəndiyar 650 min manatlıq avtomobili bəyənmir




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}