16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib” - Ələddin Cəfərov
Tarix: 03-03-2018 10:29 | Bölmə: Cəmiyyət
“7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib”

"Ötən il Məhkəmə Hüquq Şurası tərəfindən səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib. Ciddi qanun pozuntusuna yol vermiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib".

Bunu Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, 2017-ci ildə 6 məhkəmə sədri, apellyasiya məhkəmələrinin 8 hakimi aşağı vəzifələrə keçirilib.

"2017-ci ildə məhkəmələrə müraciətlərin sayı ötən ilə nisbətən azalıb. Birinci instansiya məhkəmələrinin mülki işlər üzrə qərarlarının 97,6 faizi, hökmlərin isə 88,3 faizi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməyərək sabit qalıb", - deyə Ə.Cəfərov vurğulayıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}