17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prokurorluq baş redaktorun ölümü ilə bağlı məlumat yayıb
Tarix: 03-03-2018 12:50 | Bölmə: Cəmiyyət
Prokurorluq baş redaktorun ölümü ilə bağlı məlumat yayıb

Bakı Şəhər Prokurorluğu "Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Reyting.az
-ın xəbərinə görə, prokurorluğun məlumatında bildirilir ki, martın 2-də saat 14 radələrində 1958-ci il təvəllüdlü, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132-də qeydiyyatda olan Kərimov Əyyub Zakir oğlunun yaşadığı mənzilin hamam otağında ailə üzvləri tərəfindən kəskin qaz iyi hiss olunmaqla meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz İstismar Departamentinin Nərimanov texniki istismar xidməti əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Müayinə zamanı meyitin bədən səthində hər hansı xəsarət aşkar edilməyib. Meyitin aşkar olunduğu şərait onun dəm qazından boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə olunaraq ölümün səbəblərinin müəyyən edilməsi üçün Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyininin Nərimanov rayon şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki, Ə.Kərimovun ölümünə səbəb "dəm qazı ilə zəhərlənmə”dir.

Prokurorluq baş redaktorun ölümü ilə bağlı məlumat yayıb

Ə.Kərimovun ailə üzvləri tərəfindən onun ölməsi ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}