16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xaricdə dini təhsil alanların nəzarətə götürülməsi təqdir olunur - Ekspert
Tarix: 04-03-2018 16:28 | Bölmə: Cəmiyyət
Xaricdə dini təhsil alanların nəzarətə götürülməsi təqdir olunur

Bir müddət əvvəl Prezident İlham Əliyevin (Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət komitəsi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə) Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yeni səlahiyyətlər verilib.

Bundan sonra dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) müraciəti əsasında xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılması üçün razılıq verilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətində olacaq.

Maraqlıdır, keçən illərdə qəbul olunmuş qanuna əsasən, xaricdə dini təhsil almış vətəndaşlarımız İslam dininə aid ayin və mərasimləri apara bilməzdi.

Bəs görəsən, övcud qanunun dəyişməsinə səbəb nədir?

Xaricdə dini təhsil alanların nəzarətə götürülməsi təqdir olunur

Mövzu ilə bağlı Reyting.az-a danışan şərqşünas-politoloq, dini işlər üzrə ekspert Vüsal Hətəmov bildirib ki, əslində həmin qanunun özü qanunsuz idi. Onun sözlərinə görə, ölkə başçısının bu fərmanı təqdir olunmalıdır: “Ölkə başçısının fərmanı, əslində, gözlənilən idi. Çünki çıxarılan istənilən qanun hüquqi bazaya əsaslanmasa, həmin qanunun özü qanunsuzdur. Bizdə hüquqi baza Konstitusiyadır. Konstitusiyaya əsalanmayan hansısa qanun əsassız sayılır. Xaricdə dini təhsil alan vətəndaşlarımızın İslam dininə aid ayin və mərasimləri aparması onların konstitusion haqlarıdır. Təbii ki, bütün bunlar nəzarət altında olmalıdır. Çünki xaricdə dini təhsil alan hər bir vətəndaş səmimi deyil. Biz bunu İŞİD-də qoşulan ölkə dindarlarının timsalında gördük. Həmin dindarlar xaricdə dini təhsil almış, lakin din təbliği deyil, başqa məqsəd daşımış ilahiyyatçı vətəndaşlarımızın qurbanı oldular. Odur ki, xaricdə dini təhsil alan ilahiyyatçılar vətəndaşlıq mövqeyi, dövlətçilik prinsipləri əsasında olarsa, din təbliği ilə məşğul olmalı, İslam dinini xarici ölkələrin siyasətinə alət etməməlidirlər”.

Yeni fərmanın əhəmiyyətindən danışan Vüsal Hətəmov deyib ki, bu fərman xaricdə dini təhsil alan ilahiyyatçılarımızı zirzəmilərdən geniş auditoriyalara daşıyacaq: “Həmçinin, xaricdə dini təhsil alan ilahiyyatçılarımız gözdən uzaq olmayacaq. Həmin ilahiyyatçılardan məktəblərdə, psixoloji mərkəzlərdə mütəxəssis kimi yararlanmaq olar”.

Bu fərmanın QMİ ilə DQİDK arasında iş birliyi yarada biləcəyinə toxunan ekspert V. Hətəmov bildirib ki, hər şey hər iki qurumun səmimi niyyətindən asılı olacaq:

“Bildiyimiz kimi, Azərbaycanda İslam dininin iki böyük məzhəbi olan sünni və şiələr daima qardaş kimi yaşamış, heç bir etiqad ziddiyyətində olmamışlar. Lakin bunu istəməyən xarici qüvvələr var”.

Şərqşünas-politoloq sonda qeyd edib ki, QMİ ilə DQİDK xarici dövlətlərin diplomatiyasından asılı olmasalar, ortaya birgə normal iş qoya bilərlər. Yox, əgər dövlətçilik prinsipləri kənarda qalsa, yenə də qeyri-ənənəvi, radikal dini təbəqənin formalaşmasını müşahidə edəcəyik.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}