Təhsil Nazirliyi ehtiyat dərsliklər hazırladır - Ceyhun Bayramov
Tarix: 05-03-2018 12:33 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi ehtiyat dərsliklər hazırladır

Yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ehtiyat ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparılır.


Bunu təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ilkin konsepsiya hazırlanan zaman beynəlxalq tədqiqatların nəticələri, orada ölçülən göstəricilər məzmun baxımından nəzərə alınıb:

"Hesab edirik ki, beynəxalq təqdiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik".

Təhsil Nazirliyi ehtiyat dərsliklər hazırladır

C.Bayramov bildirib ki, hər bir sinif üçün dərslik tərtib olunan zaman müəllim üçün metodik vəsait də hazırlanacaq:

"Yeni ehtiyat dərslik modelində isə müəllimlərlə yanaşı, tövsiyə xarakterli metodik vəsaitin hazırlanmasını da nəzərdə tutmuşuq. Valideynlərin uşaqları ilə hansı istiqamətdə məşğul olması, onlara yardım etməsi şagirdlərin təhsil səviyyəsində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə artıq işlərə başlanılıb".(Trend)




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}