07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb - 17 yaralı var
Tarix: 11-03-2018 13:18 | Bölmə: Cəmiyyət
Şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Yevlaxda məktəbliləri daşıyan mikro avtobus qəza törədib.

Reyting.az
saytı APA-ya istinadla xəbər verir ki, hadisə Yevlax şəhərində baş verib.

Hadisə Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus “QAZ-53” markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 15 şagir, 1 müəllimə, 1 katibə və sürücü müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax Mərkəzi Rayon Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvanın vəziyyəti ağır olaraq qalır.

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}