Nazir özünə müşavir təyin edib
Tarix: 12-03-2018 13:25 | Bölmə: Cəmiyyət
Nazir özünə müşavir təyin edib

Vergilər Nazirliyində yeni təyinat olub.

Məlumata görə, nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə müşavir təyin edib.

Qeyd olunur ki, M. Bayramov vaxtilə Bakı Vergi Departamentinin rəisi vəzifəsində çalışıb. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib. O, 2008-ci ildən ötən ilin sonuna qədər iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}