5 nəfərin ölümündə təqsirləndirilən şəxsə bəraət verilib
Tarix: 15-03-2018 13:35 | Bölmə: Cəmiyyət / Xəbərlər
5 nəfərin ölümündə təqsirləndirilən şəxsə bəraət verilib

Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun barəsində verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Qərara əsasən, şikayət təmin edilib, E. Aslanova bəraət verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2016-cı ilin sentyabrın 10-da Ələt-Astara yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsində olub. Lənkəranın Boladi kənd sakini Bəxtiyar Quliyevin avtomobili Parakənd qəsəbə sakini Eldar Aslanovun avtomobil ilə toqquşub. Nəticədə Bəxtiyar Quliyev, onun həyat yoldaşı Əzizə Quliyeva, sərnişinlər - Bahar Bağırova, Nazilə Seyfullayeva və Reyhan Mahmudova ölüblər. Digər sürücü Eldar Aslanov və sərnişinləri Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli və Elvin Mirzəzadə isə xəsarət alıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}