14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanlı general ölkəni tərk edib
Tarix: 26-03-2018 21:28 | Bölmə: Cəmiyyət / Xəbərlər
Azərbaycanlı general ölkəni tərk edib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov təqaüdə çıxdıqdan sonra Avropaya köçüb.

Reyting.az
saytı xəbər verir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, hazırda Fransada yaşayan general orada özü üçün biznes strukturları yaradıb. Onun restoran və digər sahələrlə məşğul olduğu bildirilir. DİN generalının Fransaya yatırdığı sərmayənin təxminən 20 milyon avro civarında olduğu da deyilir.

Qeyd edək ki, C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

Xatırladaq ki, Cavanşir Məmmədov təxminən il yarım əvvəl təqaüdə göndərilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}