Nazirlik dövlət qurumunu cərimələyib - Fotolar
Tarix: 04-04-2018 10:27 | Bölmə: Cəmiyyət
Nazirlik dövlət qurumunu cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 və 99 saylı binaların qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əraziyə baxış zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlar tərəfindən yaşıllıq ərazinin primitiv üsulla qanunsuz çəpərlənərək zəbt olunduğu və Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən abadlıq işlərinin aparılması məqsədilə çəpərlərin texnika vasitəsilə söküldüyü müəyyən edilib.

Araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı, lakin söküntü işləri zamanı bir neçə ağac və kolların zədələndiyi və təbiətə 400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı iş icraçısı Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində 1000 manat məbləğində cərimə olunub.

Nazirlik dövlət qurumunu cərimələyib
Nazirlik dövlət qurumunu cərimələyibNazirlik dövlət qurumunu cərimələyib




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}