14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Orta təhsilini bitirə bilməyənlər yenidən imtahan verəcək
Tarix: 05-04-2018 13:09 | Bölmə: Cəmiyyət
Orta təhsilini bitirə bilməyənlər yenidən imtahan verəcək

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub, tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 mayda eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, imtahana qeydiyyat və sənəd qəbulu 5-30 apreldə (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) İdarədə aparılacaq.

"Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar", - məlumatda bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}