11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Bu gün 30245 nəfər üçün buraxılış və sınaq imtahanları keçirilir
Tarix: 15-04-2018 08:32 | Bölmə: Cəmiyyət
Bu gün 30245 nəfər üçün buraxılış və sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar və üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının I mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçirilir.

Reyting.az
xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır.

İmtahanda 7121 (Bakıda 2017, Naxçıvanda 452, Gəncədə 856, Sumqayıtda 356, Yevlaxda 21, Şəkidə 422, Bərdə şəhərində 727, Göyçay şəhərində 384, Şirvan şəhərində 653, Lənkəran şəhərində 795, Xaçmazda 438) nəfərin iştirakı nəzərdə tutulur.

DİM bu gün həm də I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün 18 şəhər və rayonda sınaq imtahanları keçirir.

DİM-in məlumatına görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada olacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 124 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı bütün binalarda 1 növbə üzrə olmaqla saat 11:00-da başlanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}