11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Ehsan Zahidov: “Müxalifət yalan deyir, 6 yox, 62 nəfər həbs olunub”
Tarix: 15-04-2018 09:43 | Bölmə: Cəmiyyət
Ehsan Zahidov: “Müxalifət yalan deyir, 6 yox, 62 nəfər həbs olunub”

Son 3 gündə müxtəlif növ inzibati xəta törətdiyinə görə respublika üzrə 6 nəfər deyil, 62 nəfər məhkəmələrin çıxardığı qərarlarla inzibati qaydada həbs olunub.

Reyting.az
xəbər verir ki, bu sözləri Axar.az-ın sorğusuna cavabında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov deyib. Milli Şuraya daxil olan partiya və birliklərin funksionerlərinin səsləndirdiyi iddiaya cavab olaraq E. Zahidov bildirib ki, onların bu iddiası əsassız və yalandır:

“İnzibati qaydada həbs olunan 62 nəfər arasında iqtidar partiyasının da, müxalifət partiyasının da üzvü və ya tərəfdarları, eləcə də fəhləsindən tutmuş ziyalısına qədər ola bilər. Bəs nəyə görə müxalifət partiyalarının funksionerləri inzibati qaydada həbs olunan 62 nəfərin deyil, yalnız onlardan 6 nəfərin müdafiəsinə qalxır?

Deməli, bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər. Amma bilməlidirlər ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qayda-qanuna əməl etmək hamının borcudur. Burada istisnalar yoxdur”.

Qeyd edək ki, Milli Şuraya daxil olan partiya funksionerləri 6 üzv və tərəfdarlarının inzibati qaydada həbs edildiyini iddia ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}