17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rəhbər vəzifələrə qəbul olmaq istəyənlər azalıb - DİM sədri
Tarix: 17-04-2018 10:26 | Bölmə: Cəmiyyət
Rəhbər vəzifələrə qəbul olmaq istəyənlər azalıb

"A inzibati rəhbər vəzifələrinə qəbulla bağlı keçirilən imtahanlarda çox az sayda namizəd iştirak edib".

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminarda Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Son vaxtlar dövlət qulluğuna qəbul imtahanlarında 4000-ə yaxın namizədin iştirak etdiyini vurğulayan DİM sədri bildirib ki, hazırda dövlət orqanlarında rəhbər vəzifələr üzrə kifayət qədər vakant yer var.

M. Abbaszadə qeyd edib ki, müsabiqə yolu ilə dövlət qulluğunda aşağı - məsləhətçi vəzifəsinə qəbul edilən namizədlərdən 32 nəfəri şöbə müdiri, 32 nəfəri şöbə müdirinin müavini vəzifəsinə, 138 nəfər isə sektor müdiri vəzifəsinə yüksəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}