14:29 / 18-04-2024
Zaxarova: "Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün hər şeyi edib"
14:20 / 18-04-2024
QHT-lər Nobel Komitəsinə məktub göndərib
14:12 / 18-04-2024
Raketlərə qarşı yeni silah hazırlanır
13:54 / 18-04-2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
13:39 / 18-04-2024
Məhkəmə kokain kralı ilə bağlı qərar verib
13:12 / 18-04-2024
İki kluba texniki məğlubiyyət verilib
12:58 / 18-04-2024
Süni intellektdən qoruna biləcək sahələr sadalanıb
12:48 / 18-04-2024
Müəllimlərin sertifikatlaşdırılması başlayır
12:46 / 18-04-2024
400-ə yaxın müəllim öz ərizəsi ilə işdən azad edilib
12:24 / 18-04-2024
İsrail İrana zərbəni niyə ləngidir?
12:19 / 18-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:10 / 18-04-2024
Energetika naziri ABŞ-a gedib
11:56 / 18-04-2024
Ukrayna ilə bağlı vacib qərar... - Avropa liderləri təcili tədbir görəcək
11:51 / 18-04-2024
46 mindən çox şagird buraxılış imtahanı verəcək
11:39 / 18-04-2024
Keçid balları qalxır? - Açqılama (Video)
11:33 / 18-04-2024
Ukrayna Rusiyanın uzaq ərazilərini hədəf seçir - Foto
11:17 / 18-04-2024
Komitə sədri: "Bədxassəli şişlərin əmələ gəlməsində trans yağlar əsas rol oynayır"
11:09 / 18-04-2024
Prezident nazir müavini təyin edib - Sərəncam
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
10:56 / 18-04-2024
Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılıb
10:40 / 18-04-2024
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:39 / 18-04-2024
Paşinyan: “Ermənistanın müstəqil dövlət olması üçün özümü qurban verməyə hazıram”
10:21 / 18-04-2024
Bakıda azyaşlı qıza hədə-qorxu gələn iki nəfər saxlanılıb
10:17 / 18-04-2024
Konfrans Liqası: “Fənərbağça” bu gün yunan komandası ilə "döyüşəcək"
10:00 / 18-04-2024
Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
09:45 / 18-04-2024
Yeni model avtomobil həvəskarlarını heyran edir - Fotolar
09:43 / 18-04-2024
Xankəndidə yenə silah-sursat aşkarlanıb
21:57 / 13-04-2024
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq - Fotolar
22:08 / 13-04-2024
Nadir heyvan növü insan ovcuna yerləşir
00:07 / 14-04-2024
İran İsrailə PUA-larla hücum edib
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
21:49 / 13-04-2024
Məşhur müğənni ağır xəstəlikdən əziyyət çəkir - Foto
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
09:07 / 14-04-2024
Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
22:33 / 14-04-2024
İsrail prezidenti: "Bu, əsil müharibə elanıdır"
Səlim Müslümov dövlətin böyük məbləğdə vəsaitini mənimsəyib
Tarix: 27-04-2018 13:49 | Bölmə: Cəmiyyət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsait yoxa çıxıb.
Bu barədə "Yeni Müsavat”a daxil olan məlumatda söhbətin bir neçə milyard manata qədər vəsaitdən getdiyi deyilir.
Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir.
Onu da qeyd edək ki, son illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ciddi artımların olmaması müntəzəm olaraq müzakirə edilir. Belə ki, gəlirlərin artım tempinin ölkədə açılan yeni iş yerlərinin artım tempindən on dəfələrlə geri qaldığı bildirilir. Fondun hesabatlarında sosial sığorta qeydiyyatına duranların sayında artım əksini tapsa da, gəlirlər arasında dövlət büdcəsindən ayrılan transfertlərin həcmində azalma qeydə alınmayıb. Məntiqlə, sığorta uçotunda duranların sayı artırsa, ona mütənasib olaraq da əməkhaqqından sosial sığorta ödənişləri artmalıdır. Lakin DSMF-nin gəlirlərində qeyd olunan ödənişlərin müvafiq artımı qeydə alınmayıb. Eyni zamanda pensiya təyinatı və ödənişi sistemi hələ də ən çox korrupsiyalaşmış sahələrdən biri kimi tanınmaqdadır. Əhalinin bununla bağlı narazılıqları kifayət qədər çoxdur.
Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-ci illər arasında qısamüddətli dövrdə Fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən Fond yenidən S.Müslümovun nəzarətinə keçib – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.
DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.
Ötən illərdə həmçinin Fondun Goranboy və Laçın şöbələrindəki irihəcmli korrupsiya və mənimsəmə faktları üzrə cinayət işi qaldırlıb. S.Müslümovun sədr olduğu dövrdə aparılan araşdırmalar göstərib ki, DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə mövcud olmayan şəxslərə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilib. Təxminən eyni faktlar Laçın rayon şöbəsində də aşkarlanmışdı.
Bundan əlavə, son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar yer alıb. Belə şöbələrdən biri kimi Suraxanı rayon şöbəsinin adı çəkilib, yoxlamaların şöbənin sabiq əməkdaşlarının şikayəti əsasında başladıldığı, daha sonra məsələnin böyüyərək Fond və nazirlik rəhbərliyinə qədər uzandığı qeyd olunub. Bütün bunların Fond və tabe olduğu nazirlik tərəfindən təkzib olunmaması isə yayılan məlumatların reallıq ehtimalını qat-qat artırır.(Yeni Müsavat)
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:48
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Bu gün, 12:46
400-ə yaxın müəllim öz ərizəsi ilə işdən azad edilib
Bu gün, 12:19
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 23:23
Gəlin öz toyunda dünyasını dəyişib
Dünən, 18:00
Xalq yazıçısı xəstəxanadan evə buraxılıb
Dünən, 12:53
Bölgələrdə lisey və gimnaziyaların sayı artırılacaq
Dünən, 12:27
Sabah 28 dərəcə isti olacaq - Proqnoz
Dünən, 09:30
Keçmiş məmur icra hakimiyyətini məhkəməyə verib
16-04-2024, 21:44
Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib - Fotolar
16-04-2024, 17:50
Sabiq nazir məhkəmədə: "2300 maaşım idi, ayda 15 min paket alırdım"
16-04-2024, 16:29
DİN müsadirə edilmiş narkotik vasitələri məhv edib - Video
16-04-2024, 15:36
Xətai rayonunda evdən meyit tapılıb
16-04-2024, 15:23
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb - Fotolar
16-04-2024, 15:03
Baş redaktor və müxbir həbs edilib
16-04-2024, 14:36
Xəzər dənizində süni torpaq sahələri yaradılır
16-04-2024, 12:47
Axtarışda olan şəxsləri Rusiyadan Azərbaycana gətiriblər
16-04-2024, 12:40
Sabahın hava proqnozu açıqlanıb
16-04-2024, 12:10
Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” böyüyür
16-04-2024, 10:34
Abşeronda 85 min manatlıq qızıl oğurlanıb
16-04-2024, 09:34
Dekan və yüksək vəzifəli şəxsin adının hallandığı dəhşətli qətl: nə baş verib? - Təfərrüat
16-04-2024, 08:53
Bakıda yol qəzaları: son üç ayda 33 nəfər həyatını itirib
16-04-2024, 08:03
Doktorantura səviyyəsi üzrə sənəd qəbulu başlayıb
16-04-2024, 08:02
Naftalanda əməliyyat: saxlanılanlar var - Fotolar
15-04-2024, 16:20
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
15-04-2024, 15:50
Qarabağ zonasında daha 476,7 hektar ərazi minalardan təmizlənib
15-04-2024, 14:42
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib
15-04-2024, 12:30
Sabah hava necə olacaq? - Proqnoz
15-04-2024, 10:45
Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakla bağlı hansı qərar veriləcək?
15-04-2024, 09:02
Lənkəran sakini 10 kiloqram narkotiklə saxlanılıb - Foto
14-04-2024, 12:41
Sabah hava necə olacaq? - Proqnoz
13-04-2024, 21:57
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq - Fotolar
13-04-2024, 14:12
Sabah hava necə olacaq? - Proqnoz
13-04-2024, 09:07
Bakıda iki yanğın hadisəsi baş verib
12-04-2024, 21:11
Avropa Məhkəməsi ekoloji problemlərə görə İsveçrəyə qarşı qərar verib
11-04-2024, 18:09
Bakıda qətl törədilib
10-04-2024, 12:15
Sabah yağış yağacaq
9-04-2024, 20:40
Azərbaycanda iki tiktokerə həbs cəzası verilib
9-04-2024, 16:41
Doktoranturaya sənəd qəbuluna start verilir