14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ramazan ayının fətvası verilib
Tarix: 15-05-2018 10:36 | Bölmə: Cəmiyyət
Ramazan ayının fətvası verilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.


Fətvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 17-də başlayacaq.

Fətvada həmçinin bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 17-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

Qeyd edək ki, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir.

İyunun 15-16-sı Azərbaycanda Ramazan bayramıdır.(Report)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}