Prokuror kommunistlərin rəhbərinə 10 il cəza istəyir – Məhkəmə
Tarix: 16-05-2018 10:46 | Bölmə: Cəmiyyət / Xəbərlər
Prokuror kommunistlərin rəhbərinə 10 il cəza istəyir

Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Azərbaycan Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. O, Musa Tükənovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses mayın 22-də davam edəcək.

İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tükənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Musa Tükənov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.(Axar.az)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}