17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İtkin düşən alpinistlərin meyiti tapılıb
Tarix: 16-05-2018 18:38 | Bölmə: Cəmiyyət
İtkin düşən alpinistlərin meyiti tapılıb

Ötən ilin dekabr ayının 17-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib. Məlumata görə, ilkin olaraq iki kişi və bir qadın meyiti aşkarlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bu barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}