17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik edilib - Təyinatlar
Tarix: 29-05-2018 18:16 | Bölmə: Cəmiyyət / Xəbərlər
Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik edilib

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq” ASC-nin Müşahidə Şurası (MŞ) və İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.


İndiyə qədər MŞ-yə sədrlik edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovu nazirin digər müavini İlham Quliyev əvəz edib.

Bundan başqa, MŞ-da İqtisadiyyat Nazirliyini təmsil edən Yalçın Əzizov Rəşad Dayıyevlə, Əmlak Məsələləri Dövlət Komitəsini (ƏMDK) təmsil edən Əşrəf Quliyev isə Zülfüqar Mansurovla əvəzlənib. KTN-in nümayəndəsi Faiq Bayramov və Maliyyə Nazirliyinin nümayəndəsi Firdovsi Xəlilov isə rəhbərlikdə saxlanılıb.

"Aqrolizinq”in İH-də də dəyişikliklər baş verib. İH üzvlərinin sayı 5-dən 7-yə çatdırılıb.

Yeni üzvlər KTN-dən Mahmud Abdullayev və Arzu Hüseynovdur. Bununla yanaşı, Seymur Mövlayev (sədr), Aydın Əzizov (sədr müavini), İsrafil İsmayılov (KTN-in nümayəndəsi), Valeh Musayev (İqtisadiyyat Nazirliyinin nümayəndəsi) və Rüfət Kərimov (ƏMDK-nın nümayəndəsi) də əvvəlki qaydada İH-də təmsil olunurlar.(Report)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}