16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan vətəndaşlarına vizasız səfər imkanı yaranıb - Qərar
Tarix: 30-05-2018 18:45 | Bölmə: Cəmiyyət
Azərbaycan vətəndaşlarına vizasız səfər imkanı yaranıb

Azərbaycan vətəndaşları Serbiyaya vizasız səfər edə biləcəklər.

Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Belə ki, Serbiya hökumətinin iclasında Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edilib.

Məlumata görə, Azərbaycan vətəndaşları artıq bu fürsətdən gələn aydan yararlana biləcəklər. Belə ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər. Onlar burada 90 gün ərzində vizasız qala bilərlər.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}