Dövlət komitəsinin yeni aparat rəhbəri bəlli olub - Təyinat
Tarix: 31-05-2018 16:10 | Bölmə: Cəmiyyət
Dövlət komitəsinin yeni aparat rəhbəri bəlli olub

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

Reyting.az
saytı APA-ya istinadla xəbər verir ki, bu vəzifə Etibar Abdullayevə həvalə edilib.

İndiyədək bu vəzifədə Məhərrəmov Məhəmməd Yusif oğlu çalışıb.

Dövlət komitəsinin yeni aparat rəhbəri bəlli olub

E. Abdullayev 1969-cu ildə Şuşa şəhərində anadan olub. Orta təhsilini Şuşa şəhərində 2 saylı orta məktəbdə alıb. Azərbaycan İqtisad Universitetinin İqtisadi və sosial idarəetmə fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1991-ci ildən başlayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daimi Yaşayış Yerlərini Məcburi Tərk etmiş şəxslərlə iş üzrə Dövlət Komitəsində, daha sonra Nazirlər Kabinetində müxtəlif məsul vəzifələrdə çalışıb.

1998-ci ildən Azərbaycan Respublikası Milli Məclis Aparatında müxtəlif vəzifələrdə dövlət qulluğunda olub. Dövlət qulluğunun baş müşaviridir. 2006-cı ildən 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}