23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Nazir sağlamlıq imkanları məhdud gənclərlə görüşüb - Fotolar
Tarix: 16-06-2018 13:23 | Bölmə: Cəmiyyət
Nazir sağlamlıq imkanları məhdud gənclərlə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, nazir Milli Qurtuluş Günü və Ramazan bayramı münasibəti ilə mərkəzdə keçirilən tədbirdə iştirak edib, burada peşə reabilitasiyasına cəlb edilmiş sağlamlıq imkanları məhdud gənclərlə görüşüb.

Nazir gəncləri bayram münasibətilə təbrik edərək deyib ki, əlilliyi olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud gənclərə, onların sosial təminatının artırılmasına, cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı göstərilib, həmin insanların sosial reabilitasiya və cəmiyyət həyatında iştirak imkanlarının genişlənməsinə şərait yaradılıb.

S.Babayev diqqətə çatdırıb ki, sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, burada yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir. Burada sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər. Onların mərkəzdə əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə, məşğulluğunun təminatına da diqqət artırılacaq. Eyni zamanda, həmin gənclərin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq.

“Sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var. Siz də daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiniz. Biz bu yolda daim sizə yaxından dəstək olacağıq”, - deyə S.Babayev bildirib.

S.Babayev mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə, sinif və emalatxanalarla, gənclərin xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s. növlərdə hazırladıqları əl işləri ilə tanış olub. Nazir bildirib ki, gənclərin əl işlərinin müxtəlif sərgilərdə nümayişi təmin olunmaqla, onların satışının təşkili imkanları da araşdırılacaq.

Tədbir iştirakçıları sağlamlıq imkanları məhdud gənclərin boccia idman növü üzrə yarışını da izləyib. Nazir S.Babayev gənclərlə birgə boccia yarışında iştirak edib.

Nazir sağlamlıq imkanları məhdud gənclərlə görüşüb
Nazir sağlamlıq imkanları məhdud gənclərlə görüşüb
Nazir sağlamlıq imkanları məhdud gənclərlə görüşüb




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}