10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
4 nəfər nazirlikdə yüksək vəzifəyə təyin olunub - Siyahı
Tarix: 28-06-2018 14:18 | Bölmə: Cəmiyyət
4 nəfər nazirlikdə yüksək vəzifəyə təyin olunub

Mədəniyyət Nazirliyi Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Reyting.az
-ın məlumatına görə, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparat rəhbəri təyin edilib.

Yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə olunub.

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə isə Aslan Cəfərov təyin edilib.

Bundan əlavə, İntiqam Hümbətov Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İ.Hümbətov bundan əvvəl nazirlikdə İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri işləyib. O, həm də KİVDF-nin Müşahidə Şurasının üzvüdür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}