Təhsil nazirinə müavin təyinatı olub - Sərəncam
Tarix: 29-06-2018 00:06 | Bölmə: Cəmiyyət
Təhsil nazirinə müavin təyinatı olub

Azərbaycanın təhsil nazirinə yeni müavin təyinatı olub.

Reyting.az
Report-a istinadən bildirir ki, sərəncamla Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, yeni nazir müavini son təyinatınadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyib.

O, 1968-ci ildə Bakı şəhərində anadan olub.

1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə "XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

Psixologiya üzrə fəlsəfə doktorudur.

2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.

Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}