14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Liseylərə qəbul qaydaları dəyişdirilib - Qərar
Tarix: 29-06-2018 09:25 | Bölmə: Cəmiyyət
Liseylərə qəbul qaydaları dəyişdirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti azaldılıb.

Bu, Nazirlər Kabinetinin “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

İndiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edib. Liseylərin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul ediliblər. Liseylərə qəbul müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilib. Dəyişikliyə əsasən liseylərdə təhsil müddəti 2 il olacaq və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək. Müvafiq olaraq liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər.

Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}