11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Ehtiyatlı olun: Günəş şüalarının təsiri altında uzun müddət olmaq risklidir
Tarix: 30-06-2018 13:33 | Bölmə: Cəmiyyət
Ehtiyatlı olun: Günəş şüalarının təsiri altında uzun müddət olmaq risklidir

Ekologiya və Təbii Sərvətlər Nazirli sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 37-41° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 20-30 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Qeyd olunub ki, Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11.00-17.00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 38-43° isti, dağlarda gecə 17-22° isti, gündüz 26-31° isti təşkil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}