14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Şabranda meşə, Şamaxıda taxıl sahəsi yanır
Tarix: 01-07-2018 17:17 | Bölmə: Cəmiyyət
Şabranda meşə, Şamaxıda taxıl sahəsi yanır

Bu gün saat 14:00 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib.

Reyting.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-in Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb ediliblər.

ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısıalınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırıb.

Digər bir yanğın hadisəsi Şamaxı rayonunda baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, yanğın Mədrəsə qəsəbəsində yerləşən biçilməmiş taxıl zəmisində qeydə alınıb.

Yanğının bu dəqiqələrdə davam etdiyi bildirilir. Əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}