07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Avropadan köç başlaya bilər - Foto
Tarix: 23-07-2018 13:26 | Bölmə: Cəmiyyət
Avropadan köç başlaya bilər

“Qoca qitə”yə sığınmış daha bir siyasi fəalı deportasiya etmək istəyirlər

Azərbaycan neft, qaz və digər maddi resurslarla zəngin ölkələr sırasında olsa da, vətəndaşlarının bir qismi ölkəni tərk etmək məcburiyyətində qalıb. Ölkədən gedənlərin bəziləri işsizliyi, maddi çətinlikləri əsas gətirsələr də, müəyyən qrup insanlar siyasi fəaliyyətlərini, hüquq-mühafizə orqanları tərəfindən edilən qanunsuzluqları səbəb kimi göstərirlər.

Amma bəzi siyasi fəallar sığındıqları Avropa ölkələrində də müəyyən çətinliklərlə, deportasiya olunaraq məcburi qaydada Azərbaycana qaytarılma təhlükəsi ilə üzləşirlər. Belə problemlə üzləşənlərdən biri də Elşən Kərimovdur. O, Almaniya Federativ Respublikasından deportasiya oluna bilər.

11 oktyabr 2016-cı ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə sığınacaq almaq üçün Almaniya Federativ Respublikasının Miqrasiya İdarəsinə müraciət etmiş E. Kərimov, buna səbəb kimi Azərbaycanda siyasi fəaliyyətinə görə təqibləri göstərib.

Məlumata görə, birinci dinləməsində iranlı tərcüməçi onun dediklərini Miqrasiya İdarəsinin əməkdaşına qismən tərcümə edərək çatdırsa da, tərcümədə müəyyən anlaşılmamazlığa yol verilib. Tərcüməçi onun dəstəklədiyi, müdafiə etdiyi Xədicə İsmayılovanın ancaq sadə aparıcı olmasını desə də, İsmayılovanın insan haqlarının müdafiəsi təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan sərbəst araşdırmaçı olması, eyni zamanda E. Kərimovun keçirilən mitinqlərdə iştirakına görədəfələrlə polis bölmələrinə gətərilməsi nəzərə alınmayıb. Bu səbəbdən də 05 dekabr 2016-cı il tarixdə AFR-nın Miqrasiya İdarəsi ona ailəsi ilə birlikdə sığınacaq verməkdən imtina edib.

O da qeyd olunur ki, 2017-ci ilin sentyabr ayının əvvələrində onunla bir həyətdə yaşayan və bir ünvanda qeydiyyatda olan Bakı şəhərindəki mənzilinə mülkü geyimli şəxslər gələrək, polis əməkdaşları olduqlarını və Elşən Kərimovun harada olması ilə maraqlanıblar.

Yaxınları bildirir ki, E. Kərimov 22 oktyabr 2017-ci il tarixdə Almaniya Federativ Respublikasından deportasiya olunacağını bildiyindən, İsveçrəyə qacıb. İsveçrədə olduqları müddət ərzində ailə vəziyyətləri pis olduğundan Kilsə tərəfindən himayəyə götürülərək, onlara hərtərəfli köməkliklər göstərilib.

14 mart 2018-ci il tarixdə ailənin 4-cü uşağı dünyaya gəlmiş, lakin buna baxmayaraq, həmin ilin iyun ayında İsveçrədən Almaniya Federativ Respublikasına deportasiya olunmuşlar.

E. Kərimov 25 iyun 2018-ci il tarixdə sığınacaq almaq üçün yenidən Almaniya Federativ Respublikasının Miqrasiya İdarəsinə müraciət edib.

Sonuncu dövlətdə olduqları müddət ərzində də kilsə onları himayəyə götürüb, mənəvi və maddi köməkliklər göstərir, lakin onlar iddia edirlər ki, Azərbaycana deportasiya olunacaqları təqdirdə təzyiqlə üzləşəcəklər.

Təbii ki, heç kim vətənini, yaxın qohumlarını və tanışlarını səbəbsiz tərk etmir, bir çoxları ümidlə, sərbəst yaşamaq arzusu ilə ölkəsini tərk etdiyi halda, sonda belə bir çətin mənzərə ilə qarşılaşmalı olur.

Avropadan köç başlaya bilər




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}