14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Professorun evindən oğurluq edənlərə hökm oxunub
Tarix: 23-07-2018 13:27 | Bölmə: Cəmiyyət
Professorun evindən oğurluq edənlərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə prosesi başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Anar Əmirov, N. Musayev hər biri 12 il 6 ay, Bəhruz Hacızadə 11 il 6 ay, Elməddin Musayev 10 il, Firdovsi Əliyev isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ötən il iyulun 30-da Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan tibb elmləri doktoru, professor Kamal Abdullayevin evindən oğurluq hadisəsi baş verib.

İttihama görə, “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin vaxtilə sürücüsü işləyən Firdovsi Əliyev Anar Əmirovla görüşərək, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu, K.Abdullayevin klinikasını 2 milyon dollara satdığını deyib. Qrup üzvləri gecə saatlarında Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini bağlayaraq onları tapança və bıçaqla hədələyiblər. Onlar ev sahibindən 2 milyon manatın yerini soruşublar, K.Abdullayev o qədər pulunun olmadığını deyəndən sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min ABŞ dolları, 2200 manat, 20 min manatlıq qızıl saat, K.Abdullayevə məxsus qaz tapançası, suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq oğurluq ediblər.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}