Maliyyə mənimsəmələri ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib - Hesabat
Tarix: 30-07-2018 13:07 | Bölmə: Cəmiyyət
Maliyyə mənimsəmələri ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri açıqlanıb.

2018-ci ilin İş Planına əsasən Hesablama Palatasının Kollegiyası 34-ü audit və 1-i analitik təhlil olmaqla 35 nəzarət tədbirinin başlanılması, həmçinin 1-i müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun məxfi qaydada olmaqla 17 auditin nəticələri ilə bağlı qərar qəbul edib.

Hesabat dövründə nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə müvafiq zəruri addımların atılması məqsədilə 18 quruma kollegiya qərarının surəti, 1 quruma isə təqdimat göndərilib.

Hesablama Palatasının 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 mlrd. manat məbləğində vəsaiti əhatə edib. Həmin vəsaitlərin 32,5%-ni dövlət büdcəsinin və 2,4%-ni büdcədənkənar fondlarının büdcəsinin xərcləri, 14,2%-ni dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlər, 50,9%-ni isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər təşkil edib.

Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin nəzərəçarpacaq hissəsi 2016-2017-ci illərdə icra edilmiş xərclər üzrə olub. Belə ki, cəmi məbləğin 42,3%-i 2016-cı ilə, 55,3%-i 2017-ci ilə aid olub, 0,3%-i 2018-ci ili və qalan 2,1%-i isə 2011-2015-ci illəri əhatə edib.

Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 8-ni əhatə edib. Əhatə edilmiş vəsaitin 96,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 3,9%-i isə büdcənin yerli xərcləri üzrə olub.

Hesabat dövründə aparılmış nəzarət tədbirlərinin 14-ü Bakı şəhərində, 3-ü respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb.

Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilmiş və ümumilikdə 232 halda nöqsan müəyyən edilib. Təhlil göstərir ki, nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinib. Bu nöqsanlarla yanaşı dövlət satınalmaları, mühasibat uçotu və hesabatlılıq, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi hallarının da payı böyükdür.

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi ilə 2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Nəticələri ilə bağlı Kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4,7 mln. manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu 2,2 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87,2 min manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin edilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}