17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şəkər xəstələrinə tibbi xidmətin səviyyəsi qalxacaq
Tarix: 31-07-2018 16:50 | Bölmə: Cəmiyyət
Şəkər xəstələrinə tibbi xidmətin səviyyəsi qalxacaq

Səhiyyə Nazirliyində "Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalanıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, sərəncamla "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səmərəsinin artırılması üzrə tədbirlər planı təsdiq edib. Planın icrası barədə mütəmadi olaraq Səhiyyə Nazirliyinə hesabatın təqdim edilməsi tapşırılır.

Tədbirlər planına Diabet əleyhinə dərman vasitələrindən istifadə edən xəstələrin qeydiyyat sisteminin təkmilləşdirilməsi, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılması, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, şəkərli diabetin profilaktikası və müalicə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi daxildir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}